Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la “Ferentsvaroş” (Macarıstan) arasında keçiriləcək oyunların vaxtı təsdiqlənib.
"Footbalı-plus.az" xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Komandalar arasında ilk oyun avqustun 19-u Budapeştdə keçiriləcək və Bakı vaxtı ilə saat 23.00-da başlanacaq. Cavab görüşü isə avqustun 27-si Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq və yerli vaxtla saat 21.00-da start götürəcək.