UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” və Macarıstanın “Ferensvaroş” klubları arasında baş tutacaq oyunların təqvimi müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, ilk qarşılaşma avqustun 19-da Budapeştdə oynanılacaq və Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Cavab görüşü isə avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Bu matç saat 21:00-da başlayacaq.