EN

İşsiz tailandlı 2 turisti yandırdı

ain.az, 525.az saytına istinadən bildirir.

Banqkokda yerli sakinlərdən biri 2 malayziyalı turistin üzərinə tez alışan maddə tökərək onları yandırıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində, turistlərin sıx olduğu ərazidə baş verib.

Üzləri və bədənlərinin bir hissəsi yanan 26-27 yaşlarında ər-arvad təcili xəstəxanaya yerləşdirilib. Şahidlərin sayəsində saxlanılan həmin şəxs polisə təhvil verilib.

Qeyd edək ki, adı açıqlanmayan Sakeo bölgəsindən olan 30 yaşlı kişi əsəbi və ac olduğu üçün bu əməli törətdiyini bildirib.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
525.az

1Sources