EN

Türkiyə otellərində "hər şey daxil" sistemi ləğv ediləcək

BAKI, 12 avqust. TELEQRAF

Türkiyə hökuməti otellərdə “hər şey daxil” sistemini “a la carte” (menyu əsaslı) ilə əvəz etmək istəyir.

Teleqraf "Sabah"a istinadən xəbər verir ki, Türkiyə Prezidenti yanında Kənd Təsərrüfatı və Ərzaq Siyasəti Şurası yaxın vaxtlarda parlamentə qanun layihəsi təqdim etməyə hazırlaşır.

Layihəyə əsasən Türkiyə otellərində qonaqlar yalnız yeyəcəkləri qidaları sifariş edəcəklər.

Tullantıların qarşısının alınması Fondunun (TİSVA) məlumatına görə, Türkiyədə hər il təxminən 23 milyon ton qida itkisi olur və meyvə və tərəvəzlərin 35%-i süfrəyə düzülmədən atılır. Hökumət ərzaq tullantılarının miqyasını azaltmaq üçün bəzi qadağalar tətbiq etmək niyyətindədir.

Çörək israfının qarşısını almaq üçün müvafiq addımlar atılacaq. Türkiyədə hər il təxminən 4,38 milyard çörək çölə atılır.

Türkiyə hökuməti evsiz heyvanlar üçün küçələrə yemək atmağı da qadağan etməyi planlaşdırır, çünki bu, şəhərləri çirkləndirir və bakteriyalar yayadır. Əvəzində yemək qalıqlarının mərkəzləşdirilmiş qaydada sığınacaqlara köçürülməsi təklif edilir.

Chosen
95
4
teleqraf.com

5Sources