Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” - “Şkendiya” (Şimali İrlandiya) oyunundan əvvəl fan-zona yaradılıb.
Sportinfo.az xəbər verir ki, fan-zona “Azərsun” holdinq tərəfindən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunub.
Burada azarkeşlərə üz boyama, qidalanma və interaktiv oyunlar təklif olunur.
Oyun bu gün saat 20:00-da başlanacaq.