EN

Qurban Qurbanov: Buraxdığımız qolda texniki səhvə yol vermişdik

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının "Şkendiya" üzərində böyük hesabla qələbə qazanmasını istəyib.

Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında deyib.

"Qarabağ" göstərdiyi oyunla sübut etdi ki, Çempionlar Liqasında mübarizəni davam etdirmək istəyir. Stadionda da əsl Çempionlar Liqası ab-havası var idi. Baxımlı oyuna şahidlik etdik. Baxmayaraq ki, qarşılaşmanın əvvəlində qol buraxdıq. Buraxdığımız qolda texniki səhvə yol vermişdik. Sevindirici haldır ki, daha sonra oyunda üstünlüyü ələ ala bildik. Pley-off mərhələsinin oyununa daha məsuliyyətli yanaşacağıq".

O, bəzi oyunlarda böyükhesablı qələbələrin ola biləcəyini istisna etməyib.

"Bilirsiniz ki, futbol elə bir səviyyəyə çatıb ki, böyükhesablı qələbələr qeydə alına bilər. Belə bir hesabı gözləyirdim deməzdim. Lakin böyük hesabla qalib gəlməyi çox istəyirdim".

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" oyunu Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Anar Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
7
oxu.az

10Sources