EN

Əsrlik çinarların sirri: Xəstəliyi gecikdirə bilirlər

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsveçdə aparılan iki genişmiqyaslı araşdırma 100 yaşına çatan insanların ortaq bir xüsusiyyətini üzə çıxarıb. 

“Cebheinfo.az” xəbər verir ki, araşdırmalara görə, bir əsri geridə qoyan insanlar ya xəstəliklərin başlanmasını gecikdirə bilir, ya da onlardan tamamilə uzaq qala bilirlər.

Tədqiqat çərçivəsində 170 mindən çox insan 40 il boyunca izlənilib. 100 yaşına çatanlarda 85 yaşında insult keçirmə faizi cəmi 4% olub. 100 yaşında infarkt keçirmə göstəricisi isə 12,5% təşkil edib. Daha erkən vəfat edənlərdə bu göstəricilər iki dəfə yüksək olub.

Başqa bir araşdırmada isə 274 min nəfər 30 il ərzində müşahidə edilib. Nəticələr eyni idi, uzunömürlülərdə xəstəliklərin toplanması daha yavaş baş verir, ürək-damar problemləri isə daha az müşahidə olunur. Səhiyyə vəziyyətində geriləmə əsasən 89 yaşında başlayır və bu proses kəskin deyil, mərhələli şəkildə gedir.

Hazırda 115 yaşında olan britaniyalı Etel Katerham Böyük Britaniyada yaşamış ən yaşlı insan hesab olunur. O, həm də 1900-cü illərdə doğulub bu günədək yaşayan sonuncu şəxsdir.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
cebheinfo.az

2Sources