EN

Elon Mask ilə Sam Altman yenidən qarşı qarşıya: X platformasında gərgin mübahisə

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Məşhur milyarder Elon Mask ilə "OpenAI"nin baş direktoru Sam Altman arasında sosial şəbəkə üzərindən növbəti qalmaqal yaşanıb. Mübahisənin mərkəzində isə Apple və süni intellekt bazarındakı rəqabət dayanır.

Bizimyol.info xəbər verir ki, süni intellekt sahəsində dünyanın ən böyük oyunçularından olan "OpenAI"-nin baş direktoru Sam Altman ilə “Tesla”, “SpaceX” və “xAI” şirkətlərinin sahibi Elon Mask arasında gərginlik yenidən alovlanıb. Son aylar bu iki şəxs arasında açıq qarşıdurma müşahidə olunmasa da, bu gün baş verənlər ikilinin münaqişəsinin hələ də davam etdiyini göstərir.

Mask: ““Apple OpenAI”ı qoruyur, rəqiblərə imkan vermir”

Mübahisəyə ilk olaraq Elon Mask "X" platformasında paylaşdığı ittiham dolu açıqlama ilə start verib. O, "Apple" şirkətini "App Store"da "OpenAI"ın "ChatGPT" tətbiqini süni şəkildə önə çıxarmaqda və digər süni intellekt şirkətlərinin birinci yerə çıxmasına əngəl olmaqda ittiham edib:

""Apple" "OpenAI"dan başqa istənilən süni intellekt şirkətinin "App Store"da birinci yerə çıxmasını mümkünsüz edir. Bu, açıq-aşkar rəqabət qanunlarına ziddir. "xAI" dərhal hüquqi prosedurlara başlayacaq",- deyə Mask qeyd edib.

Onun bu açıqlaması ilə "Apple"ın bazarda qeyri-bərabər rəqabət şəraiti yaratdığını iddia edib və bu vəziyyətə qarşı hüquqi addımlar atılacağını bildirib.

Altman-dan sərt cavab: “Şəxsi maraqları üçün “X”i manipulyasiya edir”

Elon Maskın bu iddialarına Sam Altman gecikmədən cavab verib. O, Msskı "X" platformasından öz biznes maraqları üçün istifadə etməkdə və rəqiblərinə ziyan vurmaqda ittiham edib:

Elonın "X" platformasından şəxsi maraqları və şirkətləri üçün manipulyasiya edərək rəqiblərinə və xoşlamadığı şəxslərə zərər verməsi fonunda, "Apple" haqqında səsləndirdiyi bu iddia olduqca maraqlıdır. "OpenAI" yalnız yüksək keyfiyyətli məhsullar yaratmağa fokuslanacaq.”

Altman həmçinin Maskın əvvəllər "OpenAI"ı “insanlığa xidmət məqsədindən uzaqlaşmaqda” və “maliyyə qazancı naminə etik prinsipləri pozmaqda” ittiham etdiyini də xatırladıb.

Hüquqi addımlar atılacaqmı?

Maskın "Apple" və "OpenAI"a qarşı konkret hüquqi addım atıb-atmayacağı və bu iddiaların arxasında real sübutların olub-olmadığı hələ ki məlum deyil. Ancaq ekspertlər bu qarşıdurmanın yaxın günlərdə daha da kəskinləşəcəyini istisna etmir.

Yekun olaraq, görünür ki, süni intellekt sahəsində texnoloji və ideoloji mübarizə sadəcə məhsul yarışı ilə məhdudlaşmır – artıq bu rəqabət açıq söz duelinə və platformalar üzərindən aparılan siyasi-kommersiya savaşlarına çevrilib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
icma.az

1Sources