EN

Azərbaycanda II dərəcəli güləş hakimlərinin sayı 8-ə çatıb

Azərbaycanda II dərəcəli güləş hakimlərinin sayı 8-ə çatıb.

Federasiyadan verilən məlumata görə, İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında ölkəmizi təmsil edən Kənan Hacıəliyev və Sevinc Yusibova Dünya Güləş Birliyi tərəfindən təşkil olunan imtahanlardan uğurla keçiblər.

Onlar beynəlxalq kateqoriyalarını artıraraq II dərəcəyə yüksəliblər.

Bununla da ümumilikdə 8 azərbaycanlı hakim II kateqoriyaya yüksəlib.

​​​​​​"Cebheinfo.az"

Chosen
42
2
cebheinfo.az

4Sources