EN

Financial Times: Rusiya Ordusu sürətlə irəlləyir

Financial Times qəzeti,  Pokrovsk ərazisində Rusiya ordusunun sürətli irəliləyişini, son bir ildə rus ordusunun əldə etdiyi ən böyük nailiyyətlərdən biri kimi qiymətləndirib.

Vətəninfo.az xəbər verir ki, qəzet, Rusiyanın irəliləyişinin “şok edici” olduğunu və bu irəliləyişin “Ukraynada ciddi narahatlıq və çaşqınlıq yaratdığını” bildirərək, “Bu hadisə, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin cümə günü keçirəcəkləri kritik zirvə görüşü ərəfəsində baş verir”- deyə vurğulayıb.

Financial Times, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətini toplamaq və sursat tədarükü ilə bağlı çətinliklərlə üzləşdiyini qeyd edib.

Ötən günlərdə, Rusiyanın hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, Rusiya qoşunları Krasnoarmeysk və Donetsk vilayətinin Dobropolye şəhərini birləşdirən yolu kəsib.

Ukraynanın mətbuat və sosial şəbəkələrində Krasnoarmeysk ərazisindəki vəziyyətin pisləşməsi ilə bağlı panika yayılmaqdadır. “Strana” nəşri bu vəziyyəti təhlükəli olaraq xarakterizə edib və Ukraynanın yaxın günlərdə gündə yüzlərlə kilometr itirə biləcəyini proqnozlaşdırıb.

Bu vəziyyətin fonunda, Ukraynanın “Azov” Milli Qvardiyasının korpusu Pokrovsk ərazisinə göndərilib. Korpusdan verilən açıqlamada, bu bölgədəki vəziyyətin çətin və dinamik olduğu bildirilib.

Chosen
12
veteninfo.az

1Sources