EN

“Təhsilli gənclər millətin gələcəyidir” - Bəsti Nəsibova/ MÜSAHİBƏ

12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə QHT.az olaraq “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova ilə söhbətləşdik. O, müasir dövrdə Azərbaycan gənclərinin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəallığını, Avropa ölkələri ilə əməkdaşlığın gənclərə verdiyi üstünlükləri və bu əlamətdar gündə gənclərə əsas mesajını bizimlə bölüşdü.

 

QHT.az: Müasir dövrdə Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi və iqtisadi həyatındakı rolunu necə qiymətləndirirsiniz?

Bəsti Nəsibova: Müasir dövrdə gənclər Azərbaycandakı bir sıra təşkilatlarda könüllü olur, fərqli mövzularda keçirilən yerli və beynəlxalq layihələrdə iştirak edirlər. Onlar bir sıra qurumlarda çalışırlar və sosial şəbəkələrdə bu istiqamətdə akticvlik göstərirlər. Xüsusilə onların 44 günlük müharibə zamanı informasiya müharibəsindəki fəallığı, ermənilərin həyata keçirməyə çalışdığı provakasiyaya qarşı göstərdikləri uğurlu mübarizə buna nümunədir.

 

QHT.az: Avropa ölkələri ilə əməkdaşlıq gənclərimizə hansı üstünlüklər qazandırır?

Bəsti Nəsibova: Bir çox üstünlük qeyd edilə bilər. Bunlardan ilki Azərbaycan gənclərinin Avropa ölkələrində təhsilidir. Beləliklə gənclər daha yaxşı təhsil alır və Avropada baş verən siyasi, iqtisadi, mədəni, sosial vəziyyəti görürlər. Digər tərəfdən gənclər arasında sosial-iqtisadi fəalliyətin genişlənməsi Avropa kontektsində reallaşır, daha perspektvli və dünyanı tanıyan gənclər yetişir.

 

QHT.az: Bu əlamətdar gündə Azərbaycan gənclərinə əsas mesajınız nə olardı?

Bəsti Nəsibova: Təhsilli gənclərin millətin gələcəyidir. Əsas mesaj onların təhsilli olmasının vacibliyindən ibarətdir. Yalnızca təhsil bir millətin gələcəyi hesab edilən gənc nəsli inkişaf etdirə və onları müasir dünya ilə ayaqlaşmağa apara bilər. Çünki ''Təhsil millətin gələcəyidir''. Heydər Əliyev.

 

Pərvanə Fərhadqızı

Chosen
13
qht.az

1Sources