EN

Mövsümün startını buraxacaq - “Real”ın yarımmüdafiəçisi

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem çiynindəki zədənin cərrahi əməliyyatından sonra bərpa prosesi keçəcək.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu ən tez oktyabrın sonunda meydana qayıda biləcək.

22 yaşlı oyunçu 2023-cü ilin yayında “kral klubu”na qoşulub.

Onun “Real”la müqaviləsinin müddəti 2029-cu ilin iyununda başa çatacaq. İngiltərə millisinin üzvünün transfer bazarındakı dəyəri 180 milyon avro təşkil edir.

Bellingem son mövsümdə La Liqada 31 oyunda iştirak edərək, 9 qol vurub və 8 məhsuldar ötürmə verib.

Chosen
70
2
sportinfo.az

3Sources