Benyamin Şeşko klubunu dəyişməyə yaxındı.
"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted” “Leyptsiq”in futbolçusunu transfer etməyə çalışır. “Bild” qəzetinin məlumatına görə, İngiltərə klubu 22 yaşlı hücumçu üçün 85 milyon avro təklif edib. Bu təklifin Almaniya klubu tərəfindən müsbət cavablandırılacağı və oyunçu ilə tezliklə müqavilə imzalanacağı gözlənilir.
Şeşko “Leyptsiq”də 2023-cü ildən çıxış edir. Sloveniyalı futbolçu ötən mövsüm bundesliqada 33 oyuna 13 qol vurub.