Olaylar.az xəbər verir ki, Robertson Politico nəşrinə verdiyi müsahibədə deyib: "Bu, həm ağrılı, həm də mürəkkəb olacaq, siyasətçilər isə əhalini real təhlükə və risklər barədə dəqiq məlumatlandırmalıdır." O, həmçinin 1997-1999-cu illərdə Böyük Britaniyanın müdafiə naziri vəzifəsində çalışıb. Keçmiş baş katib vurğulayıb ki, Britaniya ictimaiyyəti ölkənin hərbi hava və raket müdafiə sistemlərinin tam olmamasından xəbərsizdir. "Əgər bilsələrdi, müdafiəyə ayrılan büdcənin artırılması üçün mövqeləri dəyişə bilərdi," - deyə o əlavə edib. Roberton hökumətləri seçicilərlə daha dürüst dialoqa çağırıb.
Hazırda Böyük Britaniya müdafiəyə ÜDM-in 2,3%-ni ayırır və xərcləri 2027-ci ilə qədər 2,5%-ə, 2029-cu ilə qədər isə 3%-ə çatdırmaq niyyətindədir. 2014-cü ildə Böyük Britaniyada keçirilən NATO sammitində üzv ölkələr hərbi xərclərin ÜDM-in ən azı 2%-i səviyyəsinə çatdırılmasını 10 illik hədəf kimi qəbul etmişdilər. 2024-cü ildə isə 32 üzv ölkədən 22-si bu səviyyəyə nail olub. İyun ayında Haaqada keçirilən NATO sammitində isə Avropa ölkələrinin hərbi xərclərinin 2034-cü ilə qədər ÜDM-in 5%-inə yüksəldilməsi qərara alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31