Kubilyusun sözlərinə görə, Rusiyanın Ukraynada "xüsusi hərbi əməliyyata" başlamasından bəri Avropanın istehsal gücü 300 min mərmidən 2 milyon mərmiyə qədər yüksələcək. Bundan əlavə, Aİ yeni 1,5 milyard avroluq hərbi maliyyələşdirmə proqramı barədə danışıqlar aparır. Bu proqram, "Sursat İstehsalının Dəstəklənməsi Aktı"na (ASAP) bənzər şəkildə, birgə sursat alışı üçün nəzərdə tutulur. Kubilyus həmçinin bildirib ki, Avropa Komissiyası sənaye sahəsində istehsalın genişləndirilməsi üçün oxşar stimullaşdırıcı mexanizmlərin digər sahələrdə də tətbiqini araşdırır. Onun sözlərinə görə, prioritet istiqamətlərə raketlər, hava hücumundan müdafiə vasitələri, artilleriya və pilotsuz uçuş aparatları daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31