EN

İBB-də yeni əməliyyat: saxlanılanlar var

İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) korrupsiyaya qarşı növbəti əməliyyat keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul Prokurorluğu tərəfindən keçirilən əməliyyatlar çərçivəsində 14 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Onların arasında İBB-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Taner Çətinin keçmiş həyat yoldaşı, oğlu, eləcə də müxtəlif reklam şirkətlərinin sahibləri və işçiləri də mövcuddur.

Sözügedən şəxslər "təşkilata üzv olmaq", "tender saxtakarlığı", "rüşvət alma" və "fırıldaqçılıq" cinayətləri ilə ittiham olunurlar.

Chosen
82
axar.az

1Sources