EN

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün əlavə addımlar atılmalıdır - Elçin Əmirbəyov

Bakı. Trend:

Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında BirgəBəyannamənin imzalanması Bakının sülh gündəliyinə sadiqliyinitəsdiq etdi.

Trend xəbər verir ki, bunu NEGlobal-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusitapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Sənədin Azərbaycan və Ermənistan arasında sülh sazişininparaflanması ilə bağlı müddəasında sazişin imzalanması vəratifikasiyası üçün əlavə addımların atılmasının zəruriliyi etirafedilir. Yəni, bunun mümkün olması üçün Bakı ErmənistanKonstitusiyasına hələ də orada olan Azərbaycana qarşı əraziiddialarının aradan qaldırılması üçün düzəlişlərin edilməsinigözləyir", - o qeyd edib.

Elçin Əmirbəyov bəyannamənin daha bir mühüm məqamına - iki ölkəarasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılması öhdəliyinə,xüsusən də Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsizəlaqənin təmin edilməsinin zəruriliyinə diqqət çəkib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının PrezidentiDonald Tramp və Ermənistan Respublikasının Baş naziri NikolPaşinyan Azərbaycan Respublikasının Prezidenti və ErmənistanRespublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair BirgəBəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti DonaldTramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanlagörüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziriArarat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikasıarasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinədair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və AzərbaycanRespublikası və Ermənistan Respublikası xarici işlər nazirlərininATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesininbağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişəüzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və YüksəkSəviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. OnlarAzərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlərnazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minskkonfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəYüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)imzalayıblar.

Chosen
145
26
az.trend.az

10Sources