AZ

"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün əlavə addımlar atılmalıdır" - Elçin Əmirbəyov


Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması Bakının sülh gündəliyinə sadiqliyini təsdiq etdi.

Trend xəbər verir ki, bunu NE Global-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Sənədin Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması ilə bağlı müddəasında sazişin imzalanması və ratifikasiyası üçün əlavə addımların atılmasının zəruriliyi etiraf edilir. Yəni, bunun mümkün olması üçün Bakı Ermənistan Konstitusiyasına hələ də orada olan Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması üçün düzəlişlərin edilməsini gözləyir", - o qeyd edib.

Elçin Əmirbəyov bəyannamənin daha bir mühüm məqamına - iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılması öhdəliyinə, xüsusən də Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsinin zəruriliyinə diqqət çəkib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.

Seçilən
105
26
baki-xeber.com

10Mənbələr