Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 4-də, paytaxtın Kövkəb Səfərəliyeva küçəsilə Dilarə Əliyeva küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, 50-FE-275 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüsü düzünə hərəkət təşkil edilmiş sol zolaqdan sağa dönüb. Bu zaman hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməyərək hərəkətinə mane olub. Piyada təhlükənin yarandığını görən anda dayanaraq sürücünün keçib getməsini gözləyib.
Sözügedən videonu təqdim edirik.
Fərid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.