EN

"Şkendiya"nın baş məşqçisi: "Bizi "Qarabağ"a qarşı çətin oyun gözləyir"

"Şkendiya"nı Bakıda "Qarabağ"a qarşı çətin oyun gözləyir.

Fanat.Az xəbər verir ki, bunu "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Ceton Bekciri deyib.

TÉ™crübÉ™li mütÉ™xÉ™ssis Bakıda "QarabaÄŸ”a qarşı keçirÉ™cÉ™klÉ™ri UEFA Çempionlar Liqasının III tÉ™snifat mÉ™rhÉ™lÉ™sinin cavab oyunu ilÉ™ baÄŸlı fikirlÉ™rini bölüşüb:

"Qarabağ" çox güclü komandadır. Sabah bütün imkanlarımızdan istifadə edib qələbə qazanmağa çalışacağıq. İtirəcək heç nəyimiz yoxdur. Bu səbəbdən irəli atılacağıq. İlk görüşdə müəyyən problemlər yaşadıq. Düzdür, fərqlənmək üçün imkanlarımız var idi. Təəssüf ki, meydandan məğlub ayrıldıq".

O, ilk qarşılaşmada Azərbaycan klubunun daha yaxşı çıxış etdiyini vurğulayıb:

"Qarabağ" xüsusi ilə ilk yarıda yaxşı çıxış etdi. Bəzi futbolçularımızın fiziki hazırlığı yerində deyildiş Lakin ikinci hissədə oyuna nəzarət bizim tərəfimizdə idi".

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə baş tutan ilk görüşdə "köhlən atlar" rəqibini bir cavabsız qolla üstələyib.

Chosen
8
fanat.az

1Sources