EN

Balıkesirdə yenidən zəlzələ oldu

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda 4,1 maqnitudada zəlzələ olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin dərinliyi 11,9 kilometr olub.

Təbii fəlakətin nəticələri barədə məlumat yoxdur.

Chosen
79
50
operativmm.az

10Sources