EN

"Gözlərini göyə qaldır və hər uğultuya diqqətlə qulaq as" - İsraildən Xameneiyə təhdid dolu sözlər

İsrailin müdafiə naziri İsrael Katz növbəti dəfə İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneini təhdid edib.

Publika.az xəbər verir ki, o, “X” hesabında yazıb:

“Xameneiyə sığınacaqdan çıxanda arabir gözlərini göyə qaldırmasını və hər uğultuya diqqətlə qulaq asmasını məsləhət görürəm”.

Qeyd edək ki, bundan öncə sosial şəbəkədə İsrail rəsmilərinin sui-qəsd hədəfi kimi göstərildiyi inoqrafik yayılmışdı.

Chosen
87
29
publika.az

10Sources