İsrailin müdafiə naziri İsrael Katz növbəti dəfə İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneini təhdid edib.
Publika.az xəbər verir ki, o, “X” hesabında yazıb:
“Xameneiyə sığınacaqdan çıxanda arabir gözlərini göyə qaldırmasını və hər uğultuya diqqətlə qulaq asmasını məsləhət görürəm”.
Qeyd edək ki, bundan öncə sosial şəbəkədə İsrail rəsmilərinin sui-qəsd hədəfi kimi göstərildiyi inoqrafik yayılmışdı.