EN

"Azərbaycan-Ermənistan arasında Sülh sazişi bağlanılmalıdır və ABŞ bu sazişin qarantı olacaq...”

Diplomatiya terminologiyasında, memorandum dövlətin konkret mövqeyini ifadə edən sənəddir və bu, xüsusən sülh və əməkdaşlıq məsələlərində dünya ictimaiyyətinə təsir göstərir...”
 
Siyasi analitik Tahir Cəfərlinin Moderator.az-a verdiyi açıqlamada ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında bağlanması planlaşdırılan Sülh sazişinin əhəmiyyətinə diqqət çəkilib. 
 
Siyasi analitik qeyd edib ki, Tramp-Əliyev-Paşinyan Vaşinqton görüşü, bu sazişin imzalanmasına yaxınlaşmaq üçün atılan ən mühüm addımlardan biridir. O həmçinin vurğulayır ki, bu sazişin imzalanması, Rusiyanın Azərbaycana olan təzyiqləri fonunda Azərbaycan Prezidenti İlham Əliyevin apardığı balanslaşdırılmış siyasətin mühüm bir mərhələsidir.
 
Bu saziş yalnız Azərbaycanın müstəqilliyini qorumağa yönəlmiş deyil, həm də ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığını möhkəmləndirir. Cəfərli bununla yanaşı, ABŞ-ın Zəngəzur dəhlizinin işləməsindəki iqtisadi maraqlarını da diqqətə çatdırıb.
 
Tahir Cəfərli əlavə edib ki, Vaşinqtonda imzalanan sazişlər formal olaraq memorandum olsa da, dünya tərəfindən qəbul edilir ki, Donald Tramp sülh və əməkdaşlığın tərəfdarıdır. Diplomatiya terminologiyasında, memorandum dövlətin konkret mövqeyini ifadə edən sənəddir və bu, xüsusən sülh və əməkdaşlıq məsələlərində dünya ictimaiyyətinə təsir göstərir...
 
Bu memorandumun nəticəsi olaraq, ABŞ dünyaya bəyan edir ki, Azərbaycan-Ermənistan arasında Sülh sazişi bağlanılmalıdır və bu prosesin qarşısını heç bir dövlət ala bilməz. ABŞ-ın bu məsələdəki rolu, sazişin qarantiyası olacağına işarədir. Nəticədə, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması gözlənilir.
 
Sonda Tahir Cəfərli bu üçtərəfli memorandumun, Azərbaycan diplomatiyasının qələbəsi kimi qiymətləndirilməli olduğunu vurğulayıb.
 
 
 
 
 
Chosen
64
50
moderator.az

10Sources