EN

Pezeşkian Paşinyanı xəbərdar etdi KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“ABŞ-ın Cənubi Qafqazdakı iqtisadi layihələri regionda Amerika təsirini gücləndirmək və genişləndirmək məqsədlərinə xidmət edə bilər”.

KONKRET.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bildirib.

“ABŞ tərəfinin gələcək addımlarını xüsusi ehtiyatla izləmək lazımdır. Çünki o, investisiya layihələri və sülhpərvər bəyanatlar adı altında Cənubi Qafqazda öz hegemonluğunu qurmaq məqsədi güdə bilər”, – deyə Pezeşkian bildirib. Onun sözləri özünə məxsus teleqram kanalında dərc olunub.

İran prezidentinin sözlərinə görə, “Ermənistan Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi zamanı üçüncü ölkələrin silahlı qüvvələrinin cəlb olunmasına yol verməməlidir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
73
50
konkret.az

10Sources