EN

Bu skuterin sürəti 160 km/saat olacaq

Keçmiş “Williams” “Formula 1” mühəndisi tərəfindən qurulan Britaniyanın “Bo” şirkəti özünün flaqman məhsulu olan ultra dəbli alüminium “Model-M” elektrik skuteri ilə rekord vurmağa hazırlaşır.
Tribunainfo.az xəbər verir ki, adi versiyada skuter 400 vattlıq mühərriki ilə 40 kilometrə qədər məsafəni 25 km/saat sürətlə hərəkət edə bilir.
Bununla belə, skuterin digər versiyası təkmilləşdirilmiş parametrlərə malik xrom modifikasiyası ilə 60 km məsafə və 35 km/saat sürət əldə etməyə imkan verir. Bu isə onu gündəlik nəqliyyat vasitəsindən daha çox lüks əşyaya çevirir.
Buna baxmayaraq, şirkətin mühəndisləri bu yaxınlarda skuter üçün 160 km/saat fantastik sürət əldə etməyə imkan verən “Turbo” adlı modeli təqdim ediblər.
Yeni versiyaya pik cərəyanı 300 A olan iki motor təkəri, 20,4 Ah tutumlu 88 voltluq akkumulyator və hava kanalları olan soyutma sistemi daxildir.
İngiltərədəki Qudvud avtdromundakı sınaqlar zamanı prototip 135 km/saat sürət göstərib. Lakin mühəndislər bununla kifyətlənmək niyyətində deyillər. Onlar Amerikanın Yuta ştatının məşhur düzənliklərində elektrik skuteri üçün 160 km/saatlıq rəsmi sürət rekordu vurmağı planlaşdırırlar.
Qeyd edək ki, 1949-cu ildən burada hər il “Sürət Həftəsi” keçirilir. Reqlamentə əsasən, rekordun rəsmi tanınması üçün 60 dəqiqə ərzində ən azı 2 gediş-dönüş hərəkəti yerinə yetirilir. Bundan sonra orta sürət hesablanır. Bu yanaşma külək və yol xüsusiyyətlərinin təsirini istisna edir.
Xatırladaq ki, “Bo”nun yeni “sürət rekordçusu”nun qiyməti 30 min dollardır.

Chosen
16
36
tribunainfo.az

10Sources