AZ

Avtomobil 450 km/saat sürətlə qəzaya uğradı - ölən sürücü rekord vurmaq istəyirmiş

BAKI, 5 avqust. TELEQRAF

Amerikalı yarış avtomobili sürücüsü Kris Raşke Yuta ştatında duzlu ərazilərdə dünya sürət rekordu vurmağa cəhd edərkən ölüb.

Teleqraf “Associated Press”ə istinadən xəbər verir ki, Raşke idarəetməni itirərək qəzaya uğramadan əvvəl maşın 285 mil/saat (450 km/saat) sürətə çatıb.

Həkimlər sürücünü xilas etməyə çalışıblar, lakin o, aldığı xəsarətlərdən ölüb.

Rekord vurmaq istəyən amerikalının 60 yaşı olub.

Seçilən
34
1
teleqraf.com

2Mənbələr