EN

Ülviyyə Zülfiqar: “Ermənistan prosesi uzatsa, Ağ Evdə paraflanan sənədə qarşı hörmətsizlik hesab olunacaq”

Otuz illik işğalın Azərbaycanın qələbəsi ilə bitməsindən sonra bölgədə sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb. Bünün üçün avqutun 8-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə baş tutmuş tarixi görüş iki ölkəni bir araya gətirdi. Üfüqdə görünən sülhün reallığa çevrilməsi indi tamamilə Ermənistanın atacağı addımlardan asılıdır. Ağ Evdə paraflanan sənədin rəsmi imzalanmaya keçməsi üçün qarşıda yalnız bir maneə qalıb – Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması.

Bu məsələdə vaxt itirmək isə ilk növbədə Ermənistanın özünə zərər verə bilər...
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Ermənistanla paraflanmış sülh sazişinin MƏTNİ AÇIQLANDI - FOTO


Mövzuyla əlaqədar fikirlərini bölüşən siyasi şərhçi Ülviyyə Zülfiqar Bizim.Media-ya bildirib ki, Ermənistan indiyə qədər kifayət qədər cığallıq göstərib, yersiz israrları və ziddiyyətli mövqeyi ilə prosesi yubadıb: 

“Ancaq Prezident İlham Əliyevin Ağ Evdə jurnalistlərə müsahibəsi zamanı dediyi kimi, artıq itiriləcək vaxt yoxdur. Bu, xüsusilə də Ermənistanın özü üçün həyati əhəmiyyət daşıyır. İşğal siyasətinin nəticəsində düşdüyü acınacaqlı durumdan çıxmaq üçün, İrəvan iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirməlidir”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, qalan bütün məsələlər artıq paraflanmış sənəddə öz əksini tapıb. 
 

Əgər İrəvan bu prosesi yenə yubatsa və ya süni əngəl yaratsa, bu, təkcə götürdüyü öhdəliyə qarşı məsuliyyətsizlik deyil, həm də Ağ Evdə paraflanan sənədə qarşı açıq hörmətsizlik kimi qiymətləndiriləcək.


“İndiki daxili siyasi böhran fonunda Ermənistanın belə bir lüksü yoxdur. Baş nazir Nikol Paşinyan heç bir radikal qrupun və separatçı qüvvənin diktəsinə boyun əyməməlidir. Ermənistan öhdəliklərini nə qədər tez yerinə yetirsə, sülh müqaviləsinin imzalanma tarixi də bir o qədər yaxın olacaq. Ümumilikdə isə bu proses, Azərbaycanın öz sərhədləri daxilində qazandığı qələbənin okeanın o tayında diplomatik təsdiqi və Azərbaycan Prezidentinin uğurudur”.

Şəfiqə Şəfa, Bizim Media

Chosen
78
26
bizim.media

10Sources