EN

Pakistanın baş qərargah rəisindən nüvə xəbərdarlığı: Bu halda vuracağıq

Hindistan mediası Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munirin ABŞ səfərini müzakirə edir.

Publika.az xəbər verir ki, bu barədə Yeni Dehlidə nəşr olunan “The Print” qəzeti məlumat yayıb.

İddialara görə, Florida ştatında ABŞ Mərkəzi Komandanlığının tədbirində iştirak edən Munir qapalı görüşdə Hindistanla müharibə başlayarsa nüvə silahından istifadə edə biləcəklərini bildirib:

"Hindistan Hind çayının qarşısını almaq üçün bənd tiksə, onu raketlərlə vuracağıq. Biz nüvə dövlətiyik. Əgər düşsək, dünyanın yarısını özümüzlə apararıq”.

Chosen
26
50
publika.az

10Sources