EN

CAS UEFA-nın İngiltərə klubu ilə bağlı qərarını qüvvədə saxlayıb

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın İngiltərənin "Kristal Pelas" klubunu Avropa Liqasından diskvalifikasiya etmək barədə qərarını qüvvədə saxlayıb.

"Report" xəbər verir ki, bu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi 2024/2025 mövsümündə İngiltərə Kubokunun qalibi olub və Avropa Liqasına vəsiqə əldə edib.

Lakin iyulda UEFA komandanı Fransanın "Lion" kollektivi ilə sahibi eyni olduğundan Konfrans Liqasına göndərib. "Lion" Liqa 1-də altıncı yeri tutub.

Qeyd edək ki, "Kristal Pelas" ötən gün "Liverpul"u əsas vaxtı 2:2 hesabı ilə bitən görüşün penaltilər seriyasında (3:2) məğlub edərək İngiltərə Superkubokuna sahib çıxıb.

Chosen
38
report.az

1Sources