EN

Dünyada və Azərbaycanda tikinti sahəsinin gələcəyini formalaşdıran əsas tendensiyalar - Tofiq Kərimlinin baxışı

Bakı. Trend:

Son illərdə tikinti sahəsində baş verən sürətlidəyişikliklər, yeni texnologiyaların tətbiqi, qlobal ekolojiçağırışlar və effektivliyin artırılması tələbləri sektoru köklüşəkildə transformasiya edir. Rəqəmsallaşma, dayanıqlı tikinti və“ağıllı şəhər” konsepsiyası kimi yeniliklər həm dünyada, həm dəAzərbaycanda inkişafın əsas istiqamətləri kimi ön plana çıxır. Buçərçivədə, xüsusilə Azərbaycanın regionlarda davamlı inkişaf vəenerji səmərəliliyi üzrə atdığı addımlar diqqət çəkir. Eynizamanda, mədəni irsin qorunması və seysmik təhlükəsizliyin təminolunması kimi məsələlər də prioritet kimi qalmaqdadır.

Dünyada tikinti sahəsinin gələcəyini formalaşdıran əsasmeyllər

Layihələndirmə üzrə mütəxəssis Tofiq Kərimlinin sözlərinə görə,dünya üzrə tikinti sahəsi bu gün dərin transformasiyalardan keçirvə bu sahənin inkişafına eyni zamanda bir neçə amil təsir göstərir.Onların arasında o, texnologiyaların sürətli inkişafını, qlobalekoloji çağırışları və tikinti proseslərinin effektivliyininartırılmasına olan artan ehtiyacı, həmçinin müasir tələblərə ciddiriayət edilməsini vurğulayır.

Onun sözlərinə görə, xüsusilə rəqəmsallaşmaya diqqət artır.Binanın məlumat modelləşdirilməsi (BIM), dronların istifadəsi və 3Dskanlaşdırma kimi texnologiyaların tətbiqi layihələndirmə vətikinti idarəçiliyi proseslərini əhəmiyyətli dərəcədəoptimallaşdırır. Ekspert qeyd edir ki, Şimal Avropa ölkələrində BIMartıq iri infrastruktur layihələrində standart halını alıb,Birləşmiş Ərəb Əmirliklərində isə dronlar tikinti sahələrinin realvaxt rejimində operativ monitorinqi üçün fəal şəkildə istifadəolunur.

Ekspertin fikrincə, ikinci mühüm meyl dayanıqlı tikintidir.Dünyanın müxtəlif yerlərində ekoloji təmiz materiallara, enerjiyəqənaət edən texnologiyalara və binaların karbon izininazaldılmasına maraq artır. ABŞ və Avropanın böyük şəhərlərindəbeynəlxalq ekoloji sertifikatlaşdırma standartları — LEED vəBREEAM-ə uyğun layihələr daha geniş yayılır. Eyni zamanda,avtomatlaşdırılmış enerji istehlakı və mikroiqlim idarəetməsisistemləri ilə təchiz edilmiş "ağıllı" binalar tikilir ki, bu daistismar xərclərinin xeyli azalmasına gətirib çıxarır.

Ekspertin fikrincə, analoji meyllər Azərbaycanda da sürətləyayılır. O, enerjiyə qənaət edən həllərə və müasir memarlıqyanaşmalarına əsaslanan layihələri nümunə göstərir, xüsusənenerjiyə qənaət edən fasad sistemləri, müasir havalandırma,kondisioner və işıqlandırma sistemlərinin tətbiq olunduğu yeniyaşayış və kommersiya komplekslərini vurğulayır. Ekspert həmçininşəhər infrastrukturunun yenilənməsi və modernləşdirilməsi üzrəgenişmiqyaslı proqramlar çərçivəsində "yaşıl" memarlığın inkişafınıvacib addım hesab edir.

Bundan əlavə, Tofiq Kərimli modulyar və sənaye üsulu ilətikintinin inkişafına diqqət çəkir. O, xüsusilə Çin kimi bir sıraAsiya ölkələrində bu yanaşmanın bir neçə həftə ərzində çoxmərtəbəlibinaların inşasına imkan yaratdığını qeyd edir. Ekspertindəyərləndirməsinə görə, belə texnologiyaların bölgədə, o cümlədənAzərbaycanda tətbiqi yeni məhəllələrin sürətli inşaası və bərpaişlərinin həyata keçirilməsi ehtiyacı şəraitində xüsusiləaktualdır.

Azərbaycanda dayanıqlı tikintinin səviyyəsi:real nailiyyətlər və planlar

Azərbaycanda dayanıqlı tikinti barədə danışan ekspert TofiqKərimli bildirir ki, ölkə bu istiqamətdə ardıcıl irəliləyir vədövlət səviyyəsində fəal iş aparılır. O, Dövlət Şəhərsalma vəMemarlıq Komitəsinin Beynəlxalq Maliyyə Korporasiyası (IFC) iləəməkdaşlığına xüsusi diqqət çəkir. Bu əməkdaşlıq çərçivəsində“yaşıl tikinti üzrə yol xəritəsi” hazırlanır ki, bu sənədbeynəlxalq təcrübə və standartların milli sektora inteqrasiyasıüçün vacib alət olacaq.

Ekspertin sözlərinə görə, xüsusilə Qarabağ regionu diqqətəlayiqdir, burada bütün yeni binalar müasir enerji səmərəliliyistandartlarına uyğun şəkildə inşa olunur. Bu region ölkədə ilk dəfəolaraq “net zero” — yəni sıfır karbon emissiyası zonası elanedilib. Burada 2030-cu ilə qədər bərpa olunan enerji payını 30%-əçatdırmaq kimi ambisiyalı məqsəd qoyulub.

Tofiq bəy, həmçinin, beynəlxalq enerji şirkətləri ilə həyatakeçirilən böyük birgə layihələrdən nümunələr gətirir. Onunsözlərinə görə, BP ilə əməkdaşlıq çərçivəsində 240 MVt gücündəgünəş elektrik stansiyasının tikintisi planlaşdırılır; layihənininvestisiya həcmi 200 milyon ABŞ dolları təşkil edir və 2027-ciildə istifadəyə verilməsi nəzərdə tutulur. O, belə təşəbbüslərinACWA Power və Masdar kimi digər qlobal şirkətlərlərlə dəreallaşdırıldığını vurğulayır. Ekspert bu layihələri enerjisektorunun diversifikasiyası və karbon izinin azaldılmasıistiqamətində mühüm addım hesab edir.

Dayanıqlı tikintinin qlobal çağırışları vəimkanları

Ekspert vurğulayır ki, dayanıqlı tikinti bu gün sadəcə modatrendi deyil, obyektiv zərurətdir. O, “yaşıl” texnologiyaların əsasüstünlükləri arasında binaların enerji sərfiyyatının əhəmiyyətlidərəcədə azaldılmasını və nəticədə CO₂ emissiyalarının minimumaendirilməsini qeyd edir ki, bu da tikinti və binaların istismarıilə bağlı karbon emissiyalarının böyük miqyasını nəzərə aldıqdaxüsusilə vacibdir.

Tofiq Kərimlinin sözlərinə görə, belə layihələrin iqtisadisəmərəliliyi aydındır: ilkin investisiyalar daha yüksək olsa da,dayanıqlı tikinti qızdırma, soyutma, işıqlandırma və texniki xidmətüzrə xərclərin azalması hesabına özünü tezliklə doğruldur. Butəcrübə artıq Avropa, ABŞ və Çin kimi ölkələrdə təsdiqlənib, həminölkələrdə rayonlar dayanıqlı urbanizm prinsipləri əsasında inşaolunur.

Ekspert həmçinin binaların istifadəçiləri üçün komfortunartırılmasını vacib üstünlük hesab edir — hava keyfiyyətininyaxşılaşdırılması, düzgün təbii və süni işıqlandırma, səs-küyünazaldılması, bunların hamısı insanların sağlamlığına vəməhsuldarlığına müsbət təsir göstərir.

Azərbaycanın "ağıllı şəhər" konsepsiyasınınreallaşdırılmasına və layihələndirmə sahəsinin rəqəmsaltransformasiyasına hazırlığı

Tofiq Kərimli qeyd edir ki, Azərbaycan rəqəmsal transformasiyaistiqamətində, o cümlədən memarlıq və mühəndis layihələndirməsahəsində ardıcıl şəkildə irəliləyir. Onun fikrincə, “ağıllı şəhər”prinsiplərinin tam şəkildə həyata keçirilməsi üçün kompleks şərtlər(qanunvericilik bazasından tutmuş inkişaf etmiş rəqəmsalinfrastruktur və mütəxəssis hazırlığınadək) tələb olunur Buistiqamətdə artıq müsbət dəyişikliklər müşahidə olunur.

Ekspert, enerji idarəetməsi, təhlükəsizlik və nəqliyyatsahələrində rəqəmsal həllərin ilkin mərhələdən tətbiq olunduğu yeniyaşayış məhəllələrinin nümunələrini göstərir və xüsusilə Qarabağbölgəsinin inkişafını “smart city” konsepsiyasının layihələndirməmərhələsində tətbiq olunmasının bariz nümunəsi kimi qeyd edir.

O, həmçinin bulud texnologiyalarının və şəhər mühitininintellektual idarəetmə sistemlərinin inkişafına yönəlmiş dövlətinstrateji qərarlarını da vurğulayır. Çətinliklərin hələ də mövcudolduğunu desə də, ekspert qeyd edir ki, artıq dövlətdən, biznesdənvə müasir rəqəmsal alətləri tətbiq etməyə hazır olan gənc memar vəmühəndislər nəslindən gələn davamlı bir rəqəmsal dəyişiklik tələbiformalaşıb.

Mühəndislik layihələndirməsi və tikinti texnologiyalarısahəsində kadr çatışmazlığı

Tofik Kərimlinin sözlərinə görə, Azərbaycanda kadr çatışmazlığımüşahidə olunur və bu problem sahənin rəqəmsallaşmaya və müasirstandartlara keçidi fonunda daha da kəskinləşir. Yenitexnologiyalar və enerji səmərəli sistemlər üzrə təcrübəyə malikixtisaslaşmış mütəxəssislərin sayı hələ də kifayət qədər deyil.

Ekspert ölkədə güclü mühəndislik məktəbinin və paytaxtdaistedadlı mütəxəssislərin olduğunu vurğulasa da, hazırlıqsisteminin əmək bazarının sürətlə dəyişən tələblərinə hər zamanuyğunlaşa bilmədiyinə diqqət çəkir.

Tofik Kərimli bu vəziyyəti həm çağırış, həm də məsuliyyətgötürməyə və sürətlə öyrənməyə hazır olan gənc mütəxəssislər üçünfürsət kimi qiymətləndirir. Onun fikrincə, BIM modelləşdirmə,dayanıqlı layihələndirmə, tikinti proseslərinin rəqəmsal idarəetməsistemləri, enerji qənaətli texnologiyalar və “ağıllı”infrastruktur sahəsində çalışan mütəxəssislərə tələbat artır.

Ekspert qeyd edir ki, artıq bir çox şirkətlər kadr hazırlığınainvestisiya qoyur, təlimlər keçirir və beynəlxalq təhsilproqramlarını tətbiq edir. O, həmçinin universitetlərin tədrisplanlarının yenidən nəzərdən keçirildiyini və biznes sektoru iləəməkdaşlığının artdığını vurğulayır.

Memarların, mühəndislərin və inşaat mütəxəssislərininhazırlanması sisteminin təkmilləşdirilməsi

Tofik Kərimli hesab edir ki, mütəxəssis hazırlığınınyaxşılaşdırılmasının açarı — təhsil sisteminin bazarın realtələbləri ilə daha sıx əlaqədə olmasıdır. Onun fikrincə, buistiqamətdəki əsas addımlardan biri biznes strukturlarının vəpeşəkar birliklərin tədris prosesinə aktiv cəlb olunmasıdır. Bu,birgə layihələr, təcrübə proqramları, praktik mütəxəssislərindərslərdə iştirakı və real situasiyalar üzərində işləməklə həyatakeçirilə bilər.

Ekspert qeyd edir ki, Azərbaycanda bu istiqamətdə artıq müsbətdəyişikliklər müşahidə olunur — universitetlər müasir kurslartəklif edir, ingilisdilli proqramlar yaranır, beynəlxalqtərəfdaşlıqlar və rəqəmsal laboratoriyalar inkişaf etdirilir. O, bucür təşəbbüslərin dövlət və özəl sektor tərəfindən dəstəklənməsininvacibliyini xüsusi olaraq vurğulayır.

Seysmik aktivliyə davamlı binaların inşasına müasiryanaşmalar

Tofiq Kərimlinin fikrincə, Azərbaycan kimi yüksək seysmikaktivliyə malik regionlarda binaların davamlılığı məsələsiprioritet olaraq qalır. O, müasir rəqəmsal texnologiyaların tətbiqiilə aparılan mühəndis hesablamalarının əhəmiyyətini vurğulayır. Buyanaşma müxtəlif seysmik yüklənmələr zamanı konstruktivelementlərin davranışını dəqiq modelləşdirməyə və dahalayihələndirmə mərhələsində optimal həllər seçməyə imkan verir.

Ekspert qeyd edir ki, seysmik aktivliyə qarşı davamlılıqtələbləri artıq uzun müddətdir ki, yerli normativ hüquqi sənədlərdətəsbit olunub və bütün layihələrdə nəzərə alınır. Bununla yanaşı,texnologiyaların inkişafı layihəçilərə binaların davamlılığınıartırmaq üçün daha yaradıcı və iqtisadi cəhətdən əsaslandırılmışyanaşmalardan istifadə etməyə imkan verir. Beləliklə, müasirmetodlar seysmik aktiv zonalarda obyektlərin təhlükəsizliyini təminetmək üçün normativ bazanı, rəqəmsal texnologiyaları və mühəndislikinnovasiyalarını birləşdirir.

Son 10 ildə memarlıq layihələndirməsində prioritetlərindəyişməsi

Tofiq Kərimlinin fikrincə, son 10 il ərzində memarlıq təkcətexniki tərəqqi ilə deyil, həm də cəmiyyətin tələblərinin dəyişməsiilə əlaqədar olaraq ciddi transformasiyalardan keçmişdir.

O, insanmərkəzli yanaşmaya keçidi qeyd edir — burada sakinlərinrahatlığı və gündəlik ehtiyacları ön plana çıxır. Bu, həm yaşayışməhəllələrinə, həm də ictimai məkanlara aiddir və piyadaəlçatanlığına, yaşıllıq zonalarına, mikroiqlimə, səssizliyə vəsosial yönümlülüyə xüsusi diqqət yetirilir.

Ekspert həmçinin dayanıqlılıq və enerjiyə qənaət məsələlərininönə çıxmasını vurğulayır — memarlar və sifarişçilər getdikcə dahaçox binaların ekoloji xüsusiyyətlərini, onların təbiətlə qarşılıqlıəlaqəsini və infrastrukturla təsirini qiymətləndirirlər. Bu günonun fikrincə, insanın, şəhərin və iqlimin maraqlarına uyğun olaraqmemarlığın səmərəliliyi, adaptivliyi və funksionallığı dahavacibdir.

Müasir şəhərsalma şəraitində Azərbaycanda mədənimemarlıq irsinin qorunması

Tofiq Kərimlinin fikrincə, mədəni irsin qorunması ölkəmemarlığında ən çətin və məsuliyyətli vəzifələrdən biridir.Azərbaycan çox zəngin bir irsə malikdir və eyni zamanda, yenitələbləri olan müasir şəhər inkişaf edir.

O, bu prosesləri bir-birinə qarşı qoymamaq, əksinə onlarıharmonik şəkildə birləşdirmək zərurətini vurğulayır — bu, ilknövbədə tarixi kontekstə hörmətdən başlanmalıdır. Müasir memarlıqirsi tamamlamalı, vurğulamalı və heç bir halda onunla rəqabətaparmamalıdır.

Ekspert qeyd edir ki, abidələrin qorunması ilə bağlıqanunvericilik və ekspertiza mexanizmləri mövcuddur, lakin busahədə peşəkar ekspertizanı və sistemli yanaşmanı inkişaf etdirməktələb olunur. Bakı, Şəki və Qarabağda həyata keçirilən layihələriuğurlu nümunələr kimi göstərir — burada bərpa, infrastrukturuninkişafı və mədəni kimliyin qorunması bir arada həyatakeçirilir.

Ümumilikdə, ekspert harmonik memarlıq mühitinin yaradılmasınınyalnız köhnə ilə yeninin dialoqu vasitəsilə — memarların,tədqiqatçıların, hakimiyyət orqanlarının və sakinlərin birgəiştirakı ilə mümkün olduğunu vurğulayır.

Chosen
31
50
az.trend.az

10Sources