EN

İordaniya kralı ilə Paşinyan Azərbaycan-Ermənistan razılaşmalarını müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə İordaniya kralı II Abdullah ibn Al Hüseyn arasında telefon danışığı olub.

Missiya.Az xəbər verir ki,  bu barədə Ermənistan KİV-i məlumat yayıb.

İordaniya kralı avqustun 8-də Vaşinqtonda aparılan danışıqlar nəticəsində Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması münasibətilə Ermənistanın Baş nazirini təbrik edib və bu prosesi dəstəklədiyini bildirib. 

Öz növbəsində Paşinyan II Abdullaya təbrikə görə təşəkkür edib və Vaşinqtonda əldə olunan razılaşmaların bütün regiona böyük fayda gətirəcəyinə əminliyini bildirib. 

Həmçinin, həmsöhbətlər ikitərəfli münasibətləri inkişaf etdirmək və dərinləşdirmək barədə razılığa gəliblər.

Nurlana ƏhmədovaMissiya.Az

Chosen
54
50
missiya.az

10Sources