EN

Putin-Tramp görüşü bu məşhur hoteldə ola bilər

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 15-də Alyaskada keçirilməsi gözlənilən danışıqların Girdwood şəhərində - "Alyeska Resort" hotelində baş tuta biləcəyi iddia olunur.

"Unikal" xəbər verir ki, bu barədə  “Alyeska Landmine” nəşri məlumat yayıb. İddia olunur ki, hotelin rezervasiyası 12-dən 16-a doludur. 

Bu sammitin əsas mövzusu - Ukraynada sülh prosesidir. Qərb mətbuatının məlumatına görə, danışıqlarda ərazilərin dəyişdirilməsi, Kiyevin NATO-ya qoşulmaqdan imtina etməsi kimi variantlar irəli sürülə bilər. Lakin analitiklər bu cür razılaşmanın Ukrayna və Avropa ölkələrinin maraqlarını təhlükə altına ata biləcəyini bildirirlər .

Girdwood - "Alyeska Resort" ilə tanınan, Cığaç dağlarının ətəyində yerləşən kiçik kurort şəhəridir.  "Alyeska Resort" -  ABŞ-nin ən böyük xizək kurortudur. Dağların yamacında yerləşən hotel, “Roundhouse” muzeyi, 8 lift (o cümlədən tramplin), “Seven Glaciers” restoranı ilə məşhurdur.

 

Chosen
74
50
unikal.az

10Sources