EN

Paşinyanın arvadı: "Erdoğanın kitabını oxumağa başlayıram"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Hakobyan deyib ki, Çin rəhbərinin kitabını oxumağa başlayıb, sonra isə Türkiyə Prezidenti Erdoğanın kitabını oxuyacaq.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, Youtube kanalımızda izləyin.

"Bu gün Çin Xalq Respublikasının sədri Si Tsinpinin "Çin idarəçiliyi" kitabını oxumağa başladım. Növbəti oxuyacağım kitab Recep Tayyip Erdoğanın "Daha ədalətli dünya mümkündür" kitabı olacaq", - o özünün Facebook hesabında yazıb.

O, son 2-3 ildir ki, "Savadlanmaq dəbdir" layihəsinə rəhbərlik edir və deyir ki, bu layihə çərmivəsində bir çox siyasətçi və siyasi meyilli müəlliflərin kitablarını oxuyub.

Onların arasında Emmanuel Makron, Castin Trüdo, Mişel Obama da var.

Anna Hakobyanın Erdoğanın kitabını oxumaq arzusu onun Facebook izləyiciləri tərəfindən çox sərt qarşılanıb.

300-ə yaxın şərhdən, etika baxımından, çox azını misal gətirmək olar.

Ona tarixin dəhşətli dövrlərini xatırladır, öz millətinə xəyanətdə ittiham edirlər.

Lakin Anna Hakobyanın "Savadlanmaq dəbdir" layihəsində iştirak edənlərin, onun və Nikol Paşinyanın məruzələrini dinləyənlərin də sayı azalmır.

"Dostlarımızı, qonşularımızı daha yaxşı tanımaq, köhnə problemlərimizi uşaqların çiyninə atmamaq, düşüncəmizi yaxşıya doğru dəyişmək, həyat keyfiyyətini yüksəltmək, sağlam cəmiyyət formalaşdırmaq, güclü dövlətə sahib olmaq, özünə inam qazanmaq üçün savadlanmaq vacbdir", - o deyir.

Sosial hesablarında dərc etdiyi video və fotolara görə, Anna Hakobyan böyük mütaliə həvəskarıdır.

Kitab oxumaq üçün hər fürsətdən istifadə edir: parkda, ağacların kölgəsində, hökumət binasının yaxınlığındakı Respublika meydanda, fəvvarələrin şırıltısı altında – bütün görüntülərdə kitab oxuduğu vaxt kadra düşüb.

Chosen
31
26
bbc.com

10Sources