EN

Rusiyanın Sverdlovsk vilayətindən 33 azərbaycanlı deportasiya edilib

Yanvar-iyul aylarında vilayətdən minə yaxın miqrant çıxarılıb...

Poliqon xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayətindən 2025-ci ilin yanvar-iyul ayları ərzində qanunsuz miqrasiya qaydalarını pozan təxminən 1000 nəfər öz ölkələrinə göndərilib.

Deportasiya olunanların əksəriyyətini Mərkəzi Asiya ölkələrinin vətəndaşları təşkil edib. Belə ki, bu müddətdə Tacikistandan 400-dən çox, Özbəkistandan təxminən 300, Qırğızıstandan isə 130-dan artıq şəxs vətəninə qaytarılıb. Deportasiya olunanlar arasında 33 nəfər Azərbaycan vətəndaşı da var. Bundan başqa, Gürcüstan, Misir və Çin vətəndaşlarından ibarət azsaylı (1–6 nəfər) qrup da bölgəni tərk etməyə məcbur edilib.

Məlumata görə, deportasiya edilən bütün şəxslər Rusiyaya əsasən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə gəlib, lakin ölkə ərazisində qanuni əsas olmadan qalıblar. Onlar deportasiya və ya ölkədən çıxarılma prosedurunu xüsusi müvəqqəti saxlanma mərkəzlərində gözləyiblər.

Qeyd edək ki, iyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları (OMON dəstələri) tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı Rusiya hüquq-mühafizə əməkdaşları iki azərbaycanlını işgəncə ilə öldürüblər.

Poliqon.info

Chosen
58
50
poliqon.info

10Sources