EN

Müdafiə Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

11-15 avqust tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki "Gödəkburun" təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - xəbərdarlıqda bildirilir.

Chosen
26
26
day.az

10Sources