Portuqaliya millisinin və "Əl-Nasr"ın futbolçusu Kriştianu Ronaldo ispan model Corcina Rodrigesə evlilik təklifi edib.
Qaziler.az xəbər verir ki, məşhur futbolçu “İnstagram” hesabında barmağında üzük olan sevgilisinin şəklini paylaşıb.
Paylaşımın şərhində Corcina evliliyə razı olduğunu etiraf edib.
“Mən razıyam. Bu və bundan sonrakı bütün həyatımda, - Rodriges yazıb.
Qeyd edək ki, sütlük 2016-cı ildən birlikdədir və beş uşaq böyüdür. Ronaldonun böyük oğlu kiçik Kriştiano 2010-cu ildə adı açıqlanmayan ana tərəfindən dünyaya gəlib. 2017-ci ildə futbolçu surroqat anadan dünyaya gələn əkizlər Eva və Mateonun atası olub. Corcina daha sonra Alana Martina və Bella Esmeralda adlı iki qız uşağı dünyaya gətirib.
QAZİLER.AZ