EN

Avstraliya sentyabrda Fələstini dövlət kimi tanıyacaq

Avstraliya sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstini dövlət kimi tanıyacaq.

AzPost bildirir ki,  bu barədə Baş nazir Entoni Albaneze bildirib.

“Sydney Morning Herald” qəzetinin verdiyi məlumata görə, Avstraliya Fələstin xalqının dövlət hüququnu tanıyır.

Albanese əlavə edib ki, Avstraliya Fələstini tanımaq üçün şərlərini də açıqlayıb: Fələstin Milli Administrasiyası Avstraliyaya bildirdiyi öhdəlikləri yerinə yetirməlidir.O cümlədən Həmas hərəkatı dövlətin idarə olunmasında iştirak etməməlidir.

O, həmçinin bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıb və Qəzza zolağında hərbi deyil, siyasi həllə ehtiyac olduğunu deyib.

AzPost.az

Chosen
16
38
azpost.info

10Sources