Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu iin aprelin 7-də Şüvəlan qəsəbəsi, M.Ə.Sabir küçəsində baş verib.
Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Emin Əhmədov həmin gün saat təxminən 22 radələrində yaşadığı ünvanda yerləşən evin qarşısında qeyri-rəsmi münasibətdə yaşadığı Esmira Vəliyeva (ad-soyad şərtidir – red.) ilə mübahisə edib.
Baş vermiş mübahisə zəminində yumruqla sevgilinin sifət nahiyəsindən bir neçə dəfə qəsdən vurub. Sonra isə əli ilə onun sol qol nahiyəsini qəsdən sıxaraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən E. Əhmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb, zərərçəkən şikayətini geri götürüb.
Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
10Sources
-
milli.azBakıda siqaret qohumları düşmən etdi: qaynını öldürdü, oğlunu döydü ( 20246853)
-
demokrat.azHəbsdən çıxan 23 yaşlı oğlan restoranda yeyib içdi, supermarketdə dava saldı ( 20245797)
-
demokrat.azHəbsdən çıxan 23 yaşlı oğlan restoranda yeyib-içdi, supermarketdə dava saldı ( 20245785)
-
demokrat.azAbşeronda 42 yaşlı kişi pul üstündə qonşusunu bıçaqladı ( 20244594)
-
lent.azBakıda siqaret qohumları DÜŞMƏN ETDİ: qaynını öldürdü, oğlunu döydü ( 20244399)
-
demokrat.azAbşeronda 42 yaşlı kişi pul üstündə qonşusunu bıçaqladı ( 20243655)
-
demokrat.azBakıda 40 yaşlı kişi sevgilisini küçədə döydü ( 20230404)
-
xezernews.az40 yaşlı kişi sevgilisini küçədə döydü ( 20219925)
-
demokrat.azBakıda 40 yaşlı kişi sevgilisini küçədə döydü ( 20219301)
-
demokrat.azBakıda 35 yaşlı kişi arvadına xəsarət yetirdi ( 20216541)