EN

"Neftçi"nin yeni transferinin qazanacağı məbləğ bəlli oldu

"Neftçi"nin yeni transferi Falaye Sakonun "ağ-qaralar"dakı maaşı bəlli olub.
 
Moderator.az Sport24.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu illik 300 min avro məvacibə razılaşıb.
 
Mali millisinin üzvü ötən gün Bakı təmsilçisi ilə 2+1 şərti ilə müqavilə imzalayıb.
 
Qeyd edək ki, Falaye Sako 2023-cü ildən Fransa təmsilçisi "Monpelye"də çıxış edib. Komanda ötən mövsüm Liqa 1-də 16 xalla sonuncu olub və aşağı liqaya düşüb.
Chosen
9
2
moderator.az

3Sources