EN

İsti havalarda bu xəstəliyin yayılma riski 2 dəfə artır - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında göbələk infeksiyalarında artım qeydə alınır. 

Ölkə.Az Türkiyənin “sabah” qəzetinə istinadla xəbər verir ki, bu barədə dermatoloq Nasım Behkami danışıb.

"İsti hava, tərləmə, uzun müddət qapalı ayaqqabı geyinmək, dənizdə və ya hovuzda çimdikdən sonra dərinin tam qurudulmaması kimi amillər göbələklərin çoxalması üçün əlverişli mühit yaradır. Orqan transplantasiyası alanlar, kimyaterapiya xəstələri, HİV-ə yoluxmuş şəxslər, uzun müddət antibiotik qəbul edənlər risk qrupundadırlar. Bəzi hallarda göbələklər qana qarışaraq ciddi sistemik infeksiyalara səbəb bilər", - deyə o söyləyib.

Həkimin sözlərinə görə, göbələk infeksiyaları dəri, dırnaqlar, baş dərisi və ya daxili orqanlara yerləşərək xəstəliklər yaradır:

“Bəzi göbələklər normal olaraq dərimizdə olur, lakin immun sistemi zəiflədikdə və ya şərait yarandıqda xəstəliklərə səbəb ola bilirlər”.

N.Bekhami əlavə edib ki, insanlarda ən çox infeksiyaya səbəb olan dermatofitlər, mayalar və kiflərdir və bu mikroorqanizmlər ayaq barmaqları, qasıq, qoltuqaltı, dırnaq və baş dərisi kimi isti və nəmli yerlərə üstünlük verir.

Mütəxəssis hovuz, duş, idman zalları kimi ictimai yerlərin yoluxma riski daşıdığını ifadə edərək, şəxsi əşyaları paylaşmamağın və başmaq geyinməyin vacibliyini vurğulayıb.

Dr.Behkamı bildirib ki, göbələk infeksiyaları şiddətli qaşınma, qızartı, qabıqlanma, pis qoxu, çatlaqlar, dırnaqlarda saralma, qalınlaşma və ağızda ağ örtük əmələ gəlməsi kimi əlamətlərlə özünü göstərir.

“Müalicə olunmayan göbələk infeksiyalarının xroniki hala keçərək dəridə çatlaqlara və bakterial infeksiyalara səbəb ola bilər, dırnaqda qalıcı deformasiyalar buraxa, immunitet sistemi zəif olan fərdlərdə daxili orqanlara yayıla bilər. Bu səbəbdən erkən diaqnoz və müalicə çox əhəmiyyətlidir.

Təkrarlanan göbələk infeksiyaları bəzən şəkərli diabet, hormonal pozğunluqlar və ya digər immun sistem pozğunluqlarının əlaməti ola bilər. Belə hallarda təkcə göbələk müalicəsi deyil, həm də əsas şərtlərin araşdırılması lazımdır".

Müdafiə üçün məsləhətlər:

· Dərini quru saxlamaq,
· Duş qəbul etmək və tərlədikdən sonra yaxşıca qurutmaq,
· İctimai duşlarda başmaqdan istifadə etmək,
· Pambıq və nəfəs alan paltar seçmək,
· Ayaqqabıları havalandırmaq və corabları tez-tez dəyişmək,
· Şəxsi əşyaları paylaşmaqdan çəkinmək.

Billurə Yunus

Chosen
38
5
olke.az

10Sources