EN

Alimlər ABŞ-da mümkün güclü zəlzələ və nəhəng sunami barədə xəbərdarlıq edir

BAKI, TurkicWorld

Cari İran ilinin 4 ayı (21 mart -22 iyul 2025) ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən İran ilinin analoji dövrü ilə (20 mart -21 iyul 2024) müqayisədə dəyər baxımından 24,4%, çəki baxımından 7,11% azalıb.

Bu barədə TurkicWorld İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.

Statistikaya əsasən, 4 ayda İranın Azərbaycana qeyri-neft məhsul ixracı dəyər baxımından 178 milyon dollar, çəki baxımından 274 min ton təşkil edib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İran Azərbaycana təxminən 236 milyon dollar dəyərində təxminən 296 min ton qeyri-neft məhsulları ixrac edib.

Statistikada deyilir ki, İran Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.

Statistikaya görə, 4 ayda İranın Azərbaycanla ticarət dövriyəsi 182 milyon dollar dəyərində 276 min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 25%, çəki baxımından 7,5% azalıb.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının hesabatına əsasən 4 ay ərzində İranın qeyri-neft məhsul ixracı 16,5 milyard dollar dəyərində 48,8 milyon ton təşkil edib. Qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 5,51%, çəki baxımından 1,46% azalıb.

Chosen
8
turkic.world

1Sources