EN

NATO baş katibi Ukraynaya silah tədarükünə zəmanət verib

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Alyaskada keçirilən Rusiya-Amerika sammitinin nəticəsindən asılı olmayaraq, Amerikadan Ukraynaya silah göndərilməsi Avropa ölkələrinin ziyanına davam edəcək.

Editor.az bu barədə ABC News-a istinadla xəbər verir.

Rutte qeyd edib ki, alyansın artıq Hollandiya və Skandinaviya ölkələrinin vəd etdiyi ilk iki yardım paketi var. Baş katib həmçinin yaxın günlərdə və həftələrdə bu məsələ ilə bağlı əlavə açıqlamalar gözlədiyini bildirib.

Bundan əvvəl Fransa, İtaliya, Böyük Britaniya, Finlandiya, Almaniya, Polşa liderləri və Avropa Komissiyasının sədri birgə bəyanat yayaraq Avropa ölkələrinin Ukraynaya hərbi və iqtisadi yardım göstərməyə hazır olduqlarını və ölkəyə diplomatik dəstəyi davam etdirdiklərini bildiriblər. Onların fikrincə, münaqişəyə yalnız “aktiv diplomatiya, Ukraynaya dəstək və Rusiyaya təzyiq” kombinasiyası ilə son qoymaq olar.

//Gülnarə Abasova, Editor.az

Chosen
113
50
editor.az

10Sources