Amerika Prezidenti Donald Tramp Avropa liderlərinin iştirakı ilə Ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşməyəcək.
Publika.az xəbər verir ki, bu barədə "Das Bild" məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, Ağ Ev rəhbəri əvvəlcə Ukrayna Prezidenti ilə təkbətək danışıqlar aparacaq, daha sonra onlara Aİ və NATO nümayəndələri də qoşulacaq. Onların birgə işçi naharda iştirak edəcəkləri və geniş tərkibdə münaqişənin həllini müzakirə edəcəkləri gözlənilir.
Qeyd edilib ki, Ukrayna liderini Almaniya kansleri Fridrix Mertz, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer, İtaliyanın baş naziri Giorgia Meloni, Finlandiya prezidenti Aleksandr Stubb və NATO-nun baş katibi Mark Rutte müşayiət edəcək.