EN

İspaniyalı ulduz futbolçu "Qalatasaray"dan getdi


Türkiyənin "Qalatasaray" klubu ispaniyalı ulduz futbolçusu Alvaro Morato ilə yollarını ayırıb. istanbul nəhənginin rəsmi açıqlamasında deyilir ki, 32 yaşlı hücumçunun icarə müqaviləsinə qarşılıqlı razılıq razılıq əsasında xitam verilib. Forvardın məxsus olduğu İtaliyanın "Milan" klubu "sarı-qırmızılar"a 5 milyon avro ödəyəcək. Bundan əlavə, oyunçu alacağı 651 min 562 avrodan da imtina edib.
Qeyd edək ki, Alvaro Morata bu ilin fevralında "Qalatasaray"a keçib. O, 2024-cü ildə İspaniya millisi ilə Avropa çempionatının qalibi olub.

Mətləb Salahov

Chosen
72
13
baki-xeber.com

9Sources