EN

Strateji tərəfdaşlıq "molla kəbini" deyil - belə söz deyərlər cənab Sergey Markov?...


Hər zaman özünü Azərbaycanın dostu kimi göstərən politoloq Sergey Markovun da ürəyindəki əsl düşüncəsi göründü... Vaşinqton razılaşmaları barədə belə deyib: "Ermənistan İrana və Rusiyaya xəyanət etdi"...

Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Əsl mahiyyətini yaxşı bildiyiniz Vaşinqton razılaşmaları barədə belə söz deyərlər cənab Markov? Ermənistanın xain dövlət olduğunu indi bildiniz? Ermənistanın xəyanətini ifşa etmək üçün bura kimi çox sayda məqamlar olub. İndi yadınıza düşdü ki, Ermənistan xəyanətkar dövlətdir?

Ermənistan Rusiyaya xəyanət hesab etdiyiniz addımı atmayıb da "dost" saydığınız Azərbaycanla əbədi müharibə vəziyyətində qalmalı idi?! Bu fikirlə Azərbaycanın da Rusiyaya xəyanət etdiyinə eyham vurmaq istəyirsiniz? Qafqaza tam sülh gətirmək üçün Azərbaycanın Rusiyaya Bişkek sazişindən sonra düz 29 il şans verməsi kifayət deyildi? Rusiya bu şansa lazımi dəyəri verə bilmədisə, buna Azərbaycan nə etsin?

Azərbaycan Qafqaza daimi sülh gətirmək məsələsində heç kimi ideallaşdırmır. Olsun Rusiya, ya ABŞ. Fərqi yoxdur. Kim bu bölgədə sülh maraqlarına əməli olaraq dəstək verəcəksə, Azərbaycan strateji tərəfdaşlığı onunla quracaq.

Strateji tərəfdaşlıq "molla kəbini" deyil ki, əbədi olaraq bir dövləti tutub onun yanında duraq...

Tahir TAĞIYEV

Chosen
42
baki-xeber.com

1Sources