EN

KİV: Avstraliya yaxın günlərdə Fələstini tanıya bilər

Avstraliya yaxın günlərdə Fələstin dövlətini tanımağı planlaşdırır.

Bu barədə “Sydney Morning Herald” mənbələrə istinadən xəbər verib.

Onların sözlərinə görə, Avstraliyanın Baş naziri Entoni Albaneze ölkəsinin Fələstin dövlətini tanımaq planlarını açıqlamağa hazırlaşır.

Ölkənin Nazirlər Kabinetinin qərar qəbul etmək üçün iclasa hazırlaşdığı bildirilir.

Nəşrin mənbələrinə görə, Fələstinin tanınması ilə bağlı qərar bu gün və ya yaxın günlərdə verilə bilər.

MənbəREPORT
Chosen
37
4
banker.az

5Sources