EN

Ərdoğan Bakı-İrəvan arasındakı razılaşmaya görə iclas keçirəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ermənistan və Azərbaycan arasında avqustun 8-də Ağ Evdə əldə olunmuş razılaşmaları Nazirlər Kabineti ilə müzakirə etmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu  barədə "CNN Türk"  məlumat dərc edib.  

"ABŞ-də Azərbaycan lideri İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sənəd imzalanıb. Ərdoğan bunun nəticələrini müzakirə etmək niyyətindədir. İclasın xarici siyasət gündəminin əsas mövzusu Qəzzadakı vəziyyət olacaq. Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu mövzuda təmasları barədə prezidentə məlumat verməsi gözlənilir", - məlumatda qeyd olunub. 

Gülayə Mecid 

Chosen
54
31
unikal.az

10Sources