AZ

Kavelaşvili: Həmişə Rusiyanı işğalçı kimi tanımışıq

Həmişə Rusiyanı işğalçı kimi tanımışıq, Gürcü Arzusu heç vaxt Rusiyanın hərəkətlərinə haqq qazandırmayıb.

Bakues.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixail Kavelaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstan beynəlxalq arenada bütün mübahisəli məsələlərdə Rusiyanı məğlub edib:

“Biz hər zaman etiraf edirik ki, Rusiya işğalçıdır, Gürcüstana qarşı cinayətlər törədib və soyqırım həyata keçirib. Müharibəni başladığına görə ittiham etmirik. Ola bilər ki, bu, bilərəkdən, ya bilməyərəkdən olub, bəlkə də qəsdən və ya qeyri-iradi şəkildə. Amma biz özümüzü qoruya bilmədik, Gürcüstan hökumətinə yaraşan şəkildə davranmağı bacarmadıq. Bu məsələdə mən sələflərimizi o dövrün hakimiyyətini nəzərdə tuturam. Onların davranışı ilə bağlı hələ də cavabsız qalan suallar var”, – Kavelaşvili bildirib.

Seçilən
92
50
icma.az

10Mənbələr