Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, yanğın rayonun Mincivan ərazisində İranla sərhəd istiqamətində baş verib. Əraziyə FHN-nin Füzuli və Zəngilan rayonlarının yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib. Yanğınsöndürmə əməliyyatları davam etdirilir.